30-31 mart tarixində respublika ərazisində yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub. 

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparıblar. Əməliyyat başa çatıb.