Türkiyədə səhvən fit udan uşağın görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Unikal.org xəbər verir ki, oyun oynayarkən bilmədən fit udan uşağın çətin anları sosial mediada minlərcə izləyici tərəfindən paylaşılıb. Xəstəxanada müayinə zamanı uşağın qohumu tərəfindən çəkilən görüntülərdə, uşaq hər dəfə dərindən nəfəs alanda fit səsi çıxır. Sosial şəbəkələrdə izləicilər tərəfindən traqikomik faciə adlandırılan videonun qəhrəmanının sağlamlığında heç bir problem yoxdur.