İstanbulda arvadının boşanmaq istədiyini eşidən kişi ona zəhərli kofe içirdib. 

Unikal.org Türkyə mətbuatına istinadən xəbər verir ki, üç uşaq anası 32 yaşlı Qurbət.E. həyat yoldaşı Çingiz E. ilə hər dəfə mübahisə edib və əri tərəfindən döyülüb.

Cütlük ötən gün də qısqanclıq səbəbiylə yenidən mübahisə etməyə başlayıb. Qurbət.E. onu hər kəsdən qısqanan ərindən boşanmaq qərarına gəlib. Həyat yoldaşının boşanacağından qorxan 39 yaşlı kişi intiqam almaq istəyib.

İddiaya görə, sabah erkən oynan kişi həyat yoldaşına kofe hazırlayıb. Yuxudan oyanan Qurbət.E ərinin hazırladığı kofeni içib. Həmin an gənc qadının ağzı və dili yanıb. Qusmağa başlayan gənc qadının ağzından köpüklər gəlib. 

Həyat yoldaşı tərəfindən xəstəxanaya çatdırılan Qurbət.E-nin zəhərləndiyi təsbit edilib. Gənc xanım müalicə olunduqdandan sonra həyat yoldaşının onu zəhərlədiyini iddia edib. Məsələ ilə bağlı istintaq başlayıb.

İlk olaraq kişi həyat yoldaşını zəhərlədiyini etiraf edib və peşman olduğunu dilə gətirib. Bir anlıq əsəblə bu hərəkəti etdiyini deyib. İlk məhkəmədən sonra adamın ömürlük həbsi istənilsə də növbəti məhkəmədə sərbəst buraxılıb. Belə ki, Çingiz.E.yenidən ifadə verib və əsəbi olduğu üçün elə danışdığını deyib:

"Həmin kofe günlərlə mətbəxtdə idi. Bu maddə yoxlanıla bilərdi. Qurbət zəhərləndiyini iddia etdiyini kofeni zibilə atıb ,sonra da fincanı yuyub. Polisə dəlil olaraq apardığı kofenin mənim hazırladığım kofe olduğu dəqiq deyil. Bu durumu Qurbət özü də dilə gətirmişdi. O məhkəməyə verdiyi ilkin fadəsində də belə deyib.

Məhkəmədən sonra qadının idddialarından başqa heç bir sübutun olmadığı ortaya çıxıb və Çingiz.E sərbəst buraxılıb.