Rusiyanın "Persey uşaqlar üçün" ticarət mərkəzində güclü yanğın baş verib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində 200 kvadrat metr ərazi tam olaraq yanıb. 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir. 100-dən çox şəxs təxliyə olunub.

Ticarət mərkəzində bir neçə nəfərin qaldığı ehtimal olunur. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.