Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, ötən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlərlə açılıb.
Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.