İqtisadiyyat Nazirliyi yanında "Azərlotereya ASC 2017-ci ili 1,22 mln. manat xalis mənfəətlə başa vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 54,7% və yaxud 2,2 dəfə azdır.

Əldə olunmuş mənfəətin 1 mln. manatı divident şəklində dövlət büdcəsinə ödənilib.

Ötən il "Azərlotoreyanın satışdan gəlirləri 26,172 mln. manat (əvvəlki ilə nisbətən 21,75% az), satışının maya dəyəri isə 25,371 mlnş manat (18,5% az) olub. Son nəticədə şirkət satışdan 802 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 65,2% azdır.

2017-ci ildə "Azərlotereyanın sair gəlirləri 2016-ci illə müqayisədə 2% çox - 724 min manat təşkil edib. Bununla da şirkətin vergiyəqədərki mənfəəti 1,525 mln. manat olub ki, bunun da 305 min manatı (həmişəki kimi 20%-i) mənfəət vergisi kimi dövlət büdcəsinə ödənilib.

Xatırladaq ki, "Azərlotereya 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.