Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 mlrd. 436,5 mln. manat vəsait daxil olub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1% çoxdur.
Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.