Aprelin 21-dən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.
Unikal.org "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir.
Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək.
Qatar Bakıdan həftədə bir dəfə - həftənin IV günləri saat 01:35-də yola düşəcək, Kiyev stansiyasına aprelin 23-dən etibarən həftənin I günləri saat 11:46-da çatacaq və həmin gün saat 14:37-də əks istiqamətə yola düşəcək, aprelin 26-dan etibarən həftənin IV günləri saat 04:10-da Bakıya çatacaq.