Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq.
"Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın unikal.org-a verilən məlumata görə, həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.
Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə - həftənin VI günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək. Qatar 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da Bakı sərnişin stansiyasına çatacaqdır.
Sərnişin qatarlarının 21.04.2018-ci il tarixdən etibarən hərəkət cədvəli (2017-2018-ci illər üçün)