Erməni deputatın oğlunun evindən Bakıda iki mənzilin "kupça"sı çıxdı
11:16 20-08-2012
SİYASƏT
Erməni deputatın oğlunun evindən Bakıda iki mənzilin "kupça"sı çıxdı
Ermənistan KİV-nin verdiyi məlumatlardan aydın olur ki, bu günlərdə maşın qaçırmağa görə həbs olunan Ermənistan parlamentinin deputatı Naapet Gevorkyanın oğlu Artak Gevorkyanın evində axtarış aparılıb.
Məlumatda deyilir ki, axtarış aparılan zaman Artak Gevorkyanın İrəvan şəhəri, Teryan küçəsində yerləşən evindən "Baykal" markalı pnevmatik silah aşkarlanıb. Amma maraqlısı bu deyil.
Maraqlı olanı odur ki, deputatın həbsdə olan oğlunun evindən eyni zamanda Azərbaycanda iki evin "kupça"ları da tapılıb. Məlumatda deyilir: "Bakının Nərimanov və Səbayel rayonlarında ayrı-ayrı küçələrdə yerləşən iki mənzilin kupçası götürülüb. Həmin yaşayış evləri azərbaycanlıların adına olub".
Məlumatda bildirir ki, erməni polisi həmin kupçaların deputat oğlunun evinə necə düşməsini araşdırır.
Onu da bildirək ki, Artak Gevorkyan 18 iyul tarixində İrəvan vaxtı ilə gecə saat 03:35-də İrəvan şəhəri Armavir polis bölməsinə Virab A. adlı şəxs tərəfindən gələn şikayət əsasında həbs olunub. 1987-ci il təvəllüdlü şikayətçi bildirib ki, "Qaz-24" markalı maşından çıxan tanımadığı şəxs onun başına tapança dayayaraq ona məxsus olan "VAZ-2106" markalı maşını əlindən alıb. Və bundan sonra hadisənin günahkarı kimi yaxalanan deputat oğluna qarşı Armavir polis şöbəsində Ermənistan CM-nin 183-cü maddəsinin 1-ci bəndi, 183.3.3, 235.1 maddələri ilə cinayət işi qaldırılıb. Erməni mətbuatının yazdığına görə, hələlik Bakıdakı evlərlə bağlı deputat oğluna hər hansı ittiham irəli sürülməyib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53