Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində baş verən zorlama hadisəsi ilə bağlı məktəbin direktoru danışıb.
Unikal.org xəbər verir ki, yenicag.az-a açıqlama verən direktor Aygün Məlikova hadisədən dünən xəbər tutduğunu deyib:
"Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi araşdırma aparır. Mən bu barədə dünən xəbər tutdum. Az qala şok keçirəcəkdim. Həmin müəllim Babayev Namiq ibtidai siniflərə dərs deyir, 34 yaşı var. Ailəlidir. Qadın Bəyim Niftiyeva məktəbimizdə gündüz qaravulçu işləyir. Bir oğlu, bir qızı var, 30 yaşındadır. Əri Rusiyadan bir həftədir ki, qayıdıb. O hadisə məktəbin içində baş verməyib. Hadisə harda baş verib, bunu araşdırandan sonra bilinəcək. Əgər hadisə məktəbdə baş veribsə, mən buna məsuliyyət daşıyıram. Namiq də bu hadisəni məktəbdə törədibsə, buna görə ölçü götürüləcək.