Qadınlar kişilərdən çox şey gözləyirlərmiş kimi görünsə də, əslində, istədikləri düşünüldüyü qədər əlçatmaz deyil. Kişilərin gözəlliyə daha çox önəm vermələri məlumdur. Qadınlar isə sosial status, maddi vəziyyətə daha çox diqqət yetirirmiş kimi görünür. Bəs əslində qadınlar kişilərdən nə istəyir? Unikal.org xəbər verir ki, aile.lent.az bununla bağlı araşdırma aparıb.
Bəzi araşdırmalar qadınların tərəf müqabillərini seçərkən iki mövzuya önəm verdiklərini sübut edib: birincisi, münasibətlərin uzun müddətliolub-olmayacağı, ikincisi, kişinin ondan övlad istəyib-istəməməsi. Övlad sahibi olmaq qadın üçün kişiyə nisbətən çox önəmlidir. Qadınlar hamiləliyin 9 ayı ərzində bu sevinci yaşayır, kişilər isə bu sevincin bir hissəsini paylaşır. Bu və bir çox səbəblərə görə, qadınlar özlərinə tərəf müqabili seçərkən diqqətli olurlar. Analıq instinkti qadınların tərəf müqabili seçmələrinə çox böyük təsir edir. Qadınlar övladları və özlərinə sahib çıxa biləcək bir həyat yoldaşı axtarırlar. Başqa bir araşdırma isə müəyyən edib ki, qadınlar ideal kişi axtararkən 4 əsas nüansa fikir verirlər:
1. Yaxşı geyinənlər. Kişi kimi duruş, cazibəli fiziki görünüş, fit, yaxşı görünən və cəzb edən kişilər.
2. Dolanışığı təmin edə bilmək qabiliyyəti. Yaxşı bir iş, ya da qazancı yüksək olan, ali təhsilli və özündən yaşca böyük kişilər qadınların daim diqqət mərkəzindədir.
3. Yaxşı bir ailə atası. Ailə və uşaq sahibi olmaq istəyən, uşaqları sevən və onları yaxşı böyüdəcək, həssas və güvənə bilinəcək kişi arzu edilənlər sırasındadır.
4. Yaxşı bir tərəf müqabili. Həyat yoldaşını sevən və hörmətlə yanaşan kişi qadının göz işığıdır.
Əslində, yuxarıda sadaladıqlarımızla "qadınlar nə istəyir?" sualına tam cavab tapmaq mümkün deyil. Lakin sadalanan faktorlar çox önəmlidir. Qadınların tərəf müqabili seçimi yaş və sosial statuslarına görə dəyişir. Bütün yaxşı xüsusiyyətlərin bir kişidə toplanmasını istəyən qadınlar çox zaman azı ilə də barışırlar. Elə isə qadınlar nə istəyir? Bu mövzu ilə bağlı kişilərə təkliflərimiz var:
1. Qadınlara güvən verin. Qadınlar həyat yoldaşı kimi güvənəcəkləri kişiyə sahib olmaq istəyirlər. Duruşunuz, danışığınız, geyiminiz, yerişiniz, güvən verici bir imicinizin olması xanımlar üçün əhəmiyyətlidir.
2. Dinləməyi bacarın: Qadınların hiss və düşüncələrini ifadə etmə formaları fərqli ola bilər. Onların nə demək istədiyini başa düşmədinizsə, sual verin və ürəyini sizə açdığı zaman onları dinləyin. Qadınlar istənilən mövzu haqqında fikir mübadiləsi apara biləcəyi kişiləri çox sevirlər.
3. Dəyər verdiyinizi ona bəlli edin. Sadəcə sevmək kifayət etmir, bunu etiraf etməli və ona hiss etdirməlisiniz. Qadınlar tərəf müqabili tərəfindən sevildiyini və dəyər verildiyini hiss etdikdə xoşbəxt olurlar.
4. Cinsi həyat. Cinsəllik insan həyatındakı ən zövqverici və vacib nüansdır. İnsanın başqa bir insanı həm fiziki, həm də ruhən tanımasına, qəbul etməsinə və çox özəl bir həzz alış-verişinə yön verən ən üstün yaxınlaşmadır. Bu işdə təkid etməmək, qarşı tərəfi sadəcə seks obyekti olaraq görməmək, ön sevişmə müddətini uzatmaq, qarşı tərəfin istəklərinə əhəmiyyət vermək, fərqli təcrübələrlə cinsi həyatı rəngləndirmək lazımdır. Unutmayın, cinsi həyatdakı uyğunluq münasibətin davamlılığı üçün mühümdür.
5. Hörmətcil və anlayışlı olun. Hörmət münasibətin müddətinə təsir edən ən mühüm ünsürlərdən biridir. Qadınlar öz sahələrinə, fikirlərinə və dəyərlərinə hörmət edilməsini istəyirlər. Ağıl vermək yerinə daha anlayışlı olmaq vacibdir.
6. Diqqətli davranın. Qadınlar hər detala əhəmiyyət verirlər. Saç dəyişikliyindən tutmuş evdəki dəyişiklik, yeni bir yemək təcrübəsi, həkim görüşləri, evlilik/tanışlıq ildönümləri, ad günləri kimi məsələlərə laqeyd yanaşmayın və yadınızda saxlayın.
7. Sürprizlər edin. Münasibəti, sevgini canlı tutan ünsürlərdən biri də kiçik sürprizlərdir. Evə çiçəklə gəlin, həftə sonu planları qurun, yeməyə çıxın, yemək bişirin. Bu cür sürprizlər qadınlar üçün mühümdür.