"Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik.
Unikal.org-un məlumatına görə, Prezident İlham Əliyevin parlamentdə keçirilən andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi milli birlik mesajlarına münasibət bildirən milli, dini və multikulturalizm məsələlər üzrə araşdırmaçı jurnalist Niyaz Niftiyev bildirib ki, düşünülmüş multikulturalizm siyasəti olmadan ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz: "Azərbaycanın birgəyaşayış modelini formalaşdırması və dünyaya təqdim etməsi isə bunun əyani təzahürlərindəndir. Ölkəmizin milli mədəniyyətinə uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.
N.Niftiyev bildirib ki, bütün dünyada milli və dini münaqişələr fonunda artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya yol verməmək üçün birgəyaşayışın Azərbaycan modeli haqqında düşünmək və bu düsturu digər ölkələrdə də tətbiq etmək ancaq bəşəriyyətə uğur gətirə bilər: "Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bunu ardıcıl olaraq davam etdirəcəyini, təkcə, ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu cür yanaşma multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində davamlı inkişaf təlabatları ilə elmi cəhətdən əsaslandırılıb. Bu baxımdan, prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri bir daha onu deməyə əsas verir ki, multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir.
N.Niftiyev qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir: "Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib, tolerantlıq milli mentalitetimizə xas olub "Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməyib. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində dinc - yanaşı yaşayıblar - aralarında heç bir ayrı-seçkilik olmayıb. Bu ənənə eyni qaydada davam etməkdədir.