Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşüb.
Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.