Britaniyada sosial şəbəkələrdə dolaşan bu kadrlar görənləri heyrətləndirir, iyrəndirir.
London ətrafında hərəkət edən sərnişin qatarlarından birində smartfonla çəkilmiş bu videonun "qəhrəman"ı gənc qadındır.
O, dabanını qaşıyır, qurumuş dərini qoparır, sonra o dəri parçalarının ağzına ataraq çeynəyir.
Ekspertlərin fikrincə, qadında obsessiv-kompulsiv əsəb pozuntusu var. Belə sapıntılara "dermatillomaniya" deyir. Dermatillomaniyaya tutulmuş insan bədənindəki yaralardan və ya xoralardan qurumuş dəri parçalarını qoparaq çeynəməkdən həzz alır.(Milli.Az)