Cəbhədə erməni hərbçi vurulub.
Unikal.org xəbər verir ki, anspress-in erməni mediasına istinadən yaydığı xəbərə görə, əsgər ötən gün axşam saatalarında güllə yarasından dünyasını dəyişib. 1996-cı il təvəllüdlü Martirosyan Armen Qrayroviç cəbhənin şimal istiqamətində atəşkəsin pozulması nəticəsində vurulub.
May ayının 9-da isə Azərbaycanın işğal altında olan ərazilərində, təmas xəttində baş verən atışma zamanı erməni generalın qardaşı yaralanıb.
32 yaşlı Artur Saroqyan xəstəxanaya çatdırılıb. Onun vəziyyətini həkimlər ağır qiymətləndirir.
O, könüllü kimi aprel ayında başlayan döyüşlərdən sonra Qarabağa yollanıb. Məlumata görə, A.Saroyan Ermənistan Milli Yığıncağı - parlamentinin deputatı, general Seyran Saroyanın yaxın qohumudur.
General Saroyan birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilib.