Balakəndə iki nəfəri it dişləyib.
Unikal.org xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 11-i rayonun Tülü kənd sakini, 1993-cü il təvəllüdlü Tural Məhəmməd oğlu Atayev və Kortala kənd sakini, 1936-cı il təvəllüdlü Məryəm Xiko qızı Mikayılova it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olublar. Məlum olub ki, Tural Atayev kənd ərazisində sahibsiz itin hücumuna məruz qalıb, Məryəm Mikayılovanı isə qonşusunun. Hər iki şəxsə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra quduzluq əleyhinə peyvənd vurularaq evə buraxılıb.