Mingəçevir Dövlət Dram Teatrında ilginc hadisə baş verib.
Unikal.org xəbər verir ki, Ölkə.Az-ın əldə etdiyi məlumata görə, teatrın baş rejissoru Xəzər Gəncəli baş mühəndis Habil Orucovu döyüb. Nəticədə Habil Orucov sifət nayihəsindən ağır zədələr alıb, ürəyi gedib. Teatra təcili tibbi yardım çağırılıb.
Hadisədən qısa müddət sonra Xəzər Gəncəli Bakıya qaçıb. Bildirilir ki, baş mühəndisin oğlanları X.Gəncəliyə Mingəçevirə qayıdacağı halda onu döyəcəkləri ilə hədələyiblər. Habil Orucova isə bu barədə heç yerə şikayət etməmək tapşırılıb. Teatrın direktoru Səxavət Məmmədov, direktor müavini Vüsal Məmmədov və baş rejissor Xəzər Gəncəli Mədəniyyət və Turizm Nazirliyinə çağrılıblar.
H.Orucovun təqdim etdiyimi fotoları Xəzər Gəncəli tərəfindən döyüldükdən bir neçə gün sonra çəkildiyindən sifətindəki xəsarət izləri azalıb.