Dünən Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Maştağa qəsəbəsi Xanlar küçəsindəki evində özünü asaraq intihar edən Əlihüseyn Rzaquluzadə ticarətçi imiş. Ticarət obyekti işlədən paytaxt sakini bir müddət imiş ki, ürəyindəki ağrılardan şikayətlənirmiş və onun xəstəlik səbəbindən intihar etdiyi ehtimal edilir. Həmçinin bildirilib ki, Ə.Rzaquluzadə artıq neçə ildir ki, evli olsa da, övladı olmurmuş.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
*****
 
11 may
 
Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, mayın 10-da gecə saatlarında Maştağa qəsəbə sakini, 1961-ci il təvəllüdlü Rzaquluzadə Əlihüseyn Tərqulu oğlu özünü Xanlar küçəsindəki evində asıb.
 
55 yaşlı kişinin hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.