Foto paylaşım şəbəkəsi olan ən məşhur sosial şəbəkələrdən biri "İnstagram" yenilik edib. ANS PRESS-in məlumatına görə, milyonlarla istifadəçisi olan şəbəkə onu məşhurlaşdıran loqosunu dəyişib.
iOS və Android platformalarındakı yenilənmə isə "İnstagram" yeni görkəmə bürünüb.
Əslində yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib. Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili xüsusiyyətlərindən heç birində fərq olmayacaq.
"İnstagram"ın dizayn komandasının rəhbəri İan Spalterin sözlərinə görə, dəyişikliyin səbəbi incə cizgilərlə istifadəçilərin zövqünü oxşamaq, daha estetik bir görünüş yaratmaqdır.
"İnstagram" şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir. Şəbəkə 2010-cu ilin oktyabr ayında yaradılıb. Şəbəkə xüsusilə məşhur insanlar arasında daha çox populyardır.
Fevral ayında isə "İnstagram"da videolara baxış sayını hesablamaq üçün sayğac quraşdırılacağı açıqlanıb. Bildirilib ki, sayğac bəyənmə işarəsi olan hissədə quraşdırılacaq.
Son altı ayda "İnstagram"da video izləməyə vaxt sərf edən istifadəçilərin sayı 40% artıb. Şirkətin rəsmi bloqunda o da yer alıb ki, bu il ərzində "İnstagram"ın video məzmunlarının keyfiyyətinin artırılması yönündə etdiyi son dəyişiklik deyil.
Ən böyük yenilik isə 30 saniyə olan video paylaşım müddətinin 1 dəqiqəyə kimi uzadılması olub.
2012-ci il ildə "Facebook" "İnstagram"ı 1 milyard dollara satın alıb.