Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gedən döyüşlərdə şəhid olan Nicat İsgəndərovun "İgidliyə görə" medalı bu gün atasına təqdim edilib.
Unikal.org report-a istinadən bildirir ki, bu münasibətlə Tərtərdə keçirilən tədbirdə rayon ictimaiyyəti, şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Qeyd edək ki, N.İsgəndərov "Lələtəpə" yüksəkliyi alınarkən şəhid olub.