Bu il son zəng iyunun 14-də çalınacaq.
Unikal.org bildirir ki, bu barədə anspress-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov dedi.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə, son zəng də həmin gün çalınacaq.
Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.
Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünüb, birinci yarımil sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.
Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:
Payız tətili - 16 noyabr 20 noyabr
Qış tətili - 27 yanvar 31 yanvar
Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdiriləcək. Bu tətil mayın 1-dən 5-nə kimi olacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.