Yaz aylarında bir çox şəxslərdə allergiya yaranır. Allergiyaya daha çox isə gözlərdə rast gəlinir.
Unikal.org türkiyəli mütəxəssis Neslihan Astamın göz allergiyası və müalicəsi ilə bağlı faydalı məsləhətlərini diqqətinizə çatdırır.
Uşaqlıq dövründə ağır olur
Allergik konyuktivitin gündəlik həyata mənfi təsiri ilə bağlı göz sağlamlığı baxımından da bir narahatlıq yaradır. Göz səthi xarici aləmə açıq olduğu üçün birbaşa təmasla ortaya çıxan allergik reaksiyanın görüldüyü orqanlardandır. Bu üzdən gözü tozdan, ağac və çiçəklərin tozlanmasından, ya da gələ biləcək təhlükələrdən qorumaq çətindir. Yaz aylarında ortaya çıxan tozlanmalar gözlərdə yaranan allergiyanın əsas səbəbidir. Adətən uşaqlıqda başlayar və yetkinlik yaşlarında da davam edər. Allergik rinit astma, atopik dermatit, digər allergik xəstəliklərlə birlikdə görülə bilir. Uşaqlıq zamanı ağır keçən bu xəstəlik görməyə qalıcı təsir edə bilən nəticələr doğura bilər.
Gözlərinizdə anidən qızartı yarandısa...
Gözlərdə qızartı, qaşıntı, yanma, göynəmə, batma hissi, göz qapaqlarında şişlik, işığa qarşı həssaslıq, sulanma kimi əlamətləri var. Bu şikayətlər tozlanma artdıqca çoxalıb şəxsin gündəlik həyatına təsir edəcək səviyyəyə çata bilər. Bununla yanaşı burun axıntısı, asqırmaq, burun tıxanıqlığı kimi digər allergik əlamətlər də xəstəliklə bərabər müşahidə edilir.
Tozlanmadan uzaq durun
Allergiya müalicəsində əsas prinsip onu yaradan səbəbdən uzaq durmaqdır. Xəstəlik dərman istifadəsi və dəstək müalicələrlə yüngülləşdirilə bilir. Dərman müalicəsində antihistaminli və kortizonlu göz damcıları istifadə olunur. Bu müddətdə hər hansı bir şikayət yarandığında xəstə göz həkimi tərəfindən müayinə edilməlidir. Xəstə başqalarının tövsiyəsi ilə, ya da daha öncə verilmiş reseptə görə dərman istifadə etməməlidir. Özəlliklə kortizonlu dərmanların uzun müddət və kontrolsuz istifadəsi, katarakta və göz təzyiqi kimi görməni hədələyən xəstəliklərə səbəb olacağından çox təhlükəlidir.
Göz allergiyasının qarşısını almağın 5 yolu
1. Qaşıntıya mütləq soyuq kompres qoyulmalı, ya da soyuq su ilə yuyulmalıdır. Qaşıntıya əngəl olmaq həm müalicə müvəffəqiyyətini artırır, həm də göz səthinin sağlamlığı baxımından əhəmiyyətlidir.
2. İşığa qarşı həssaslığı azaltmaq üçün günəş eynəyi, ya da papaq taxılmalıdır.
3. Çox uzun müddət açıq havada qalmamaq lazımdır.
4. Çox uzun müddət ekran qarşısında qalmamaq, yaxın oxuma kimi diqqət çəkən göz kontaktlarından qaçmaq lazımdır.
5. Həkim məsləhəti ilə göz yaşı damcıları istifadə edərək, göz səthini nəmləndirmək lazımdır.