Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.
Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ədliyyə naziri Fikrət Məmmədov çıxışında bildirib ki, dövlət başçısının 10 fevral 2017-ci il tarixli sərəncamından ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.
İctimai işlər cəzasının səmərəli icrası məqsədilə qanunvericiliyin təkmilləşdiyi, həmin cəzanın icrasından yayınmağa şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətinin təsbit edildiyi qeyd olunub, onun real icrasına dair prezentasiya nümayiş etdirilərək bu sahədə əlavə tədbirlər müəyyən edilib, o cümlədən "elektron icra sisteminin imkanlarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verilib.