FİFA təşkilatın baş katibi Fatma Samuraya qarşı şübhələri aradan qaldırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Fatmaya qarşı təşkilatın etik kodeksini pozmaqla bağlı şübhələr yaranmışdı. Onu Mərakeşin DÇ-2026-ya ev sahibliyi etməsində maraqlı olmaqda ittiham edirdilər.

İddia olunurdu ki, tam adı Fatma Samba Diuf Samura olan baş katibin, Mərakeşin DÇ-2026 ilə bağlı səfiri, "Liverpulun sabiq futbolçusu Əl-Haci Diufla qohumluq əlaqəsi var.

Fatma özü bu məlumatı təkzib etmişdi. Araşdırmalardan sonra isə FİFA baş katibə qarşı bütün şübhələrin aradan qalxdığını bildirib.

DÇ-2026-ya Mərakeşdən savayı, ABŞ, Kanada və Meksika da birgə ev sahibliyi etmək istəyir.