Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
Erkən final sayılan "Arsenal - "Atletiko cütü Londonda münasibətlərini aydınlaşdırıb. 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynayan madridlilər İngiltərədən ümidli dönməyi bacarıblar. Dieqo Simeonenin yetirmələri hesabda geri düşsələr də, sonradan toparlanaraq vacib bərabərlik qolunu vuraraq cavab oyunu öncəsi üstünlüyə yiyələniblər.
Şotlandiyalı Viliam Kallumun fit çaldığı oyunda isə Fransa "Marseli doğma azarkeşlər önündə turnirin sürpriz komandası "Zalsburqa yerini göstərib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
26 aprel
"Arsenal (İngiltərə) - "Atletiko (İspaniya) - 1:1
Qollar: Lakazet, 61 - Qrizman, 82
Qırmızı vərəqə: Vrsaliko, 10 (ikinci sarı)
Baş hakim: Klemen Turpin (Fransa)
London. "Arsenal stadionu
"Marsel (Fransa) - "Zalsburq (Avstriya) - 2:0
Qollar: Tauvin, 15, Nji, 63
Baş hakim: Villiam Kollum (Şotlandiya)
Marsel. "Velodrom stadionu