Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman verib.
Unikal.org-un xəbərinə görə, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
Komissiyanın sədri
Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri:
Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri
Samir Nuriyev - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri
Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi
Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru
Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Altay Hacıyev - xalq rəssamı
Arif Məlikov - xalq artisti
Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Mövlud Süleymanlı - xalq yazıçısı
Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri
"Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 mart tarixli 854 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, â„– 3, maddə 475) 1-ci hissəsi ləğv edilib.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırlıb.