Sabiq millət vəkili, şair Sabir Rüstəmxanlı universitet rektorlarını tənqid hədəfinə alıb.
Unikal.org xəbər verir ki, o bu barədə öz "facebook" profilində yazıb.
Şair Azərbaycandakı universitetlərdə görüşünün keçirlməməsindən şikayətlənib:
"Türkiyənin Ərzurum, Qars, Van, Elazığ, Malatya, Girəsun, Trabzon, Tokat, Samsun, Kayseri, Adana, Qaziantep, İzmir, Kütahyə, Sparta, Mərsin,Muğla, Qocaeli, Mahnı və sair şəhərlərin, nəhayət, Ankara və İstanbulun hər birinin 4-5 universitetində böyük salonlarda görüşlərim olub... Azərbaycanda isə son 25 ildə universitetlərin tək birində, fakultə səviyyəsində belə, görüşüm olmayıb. Buna cəhd göstərilsə də izin verilməyib. Buna nə ad vermək olar? Bundan uduzan kimdir? Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz.
Sabir Rüstəmxanlı həmçinin bildirib ki, ona müraciət edən tələbələrə bu vəziyyəti izah edə bilmir.