Azərbaycanın Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilevadan ibarət qrup hərəkətləri komandası bədii gimnastika üzrə Dünya Kubokunda 3 top və iki iplə tapşırıqların yekunu olaraq finala yüksəliblər.
Unikal.org-un məlumatına görə, təsnifat mərhələsində gimnastlarımız 14.650 xalla 8-ci yeri tutmaqla finala vəziqə qazanıblar.
Həmçinin İtaliya, Ukrayna, Bolqarıstan, İsrail, Yaponiya, Belarus və Finlandiya yığmaları əsas mübarizə mərhələsinə çıxıblar.
Ötən gün gimnastlar halqalarla hərəkətlərin yekunu üzrə finala çıxmışdılar. Hər iki hərəkətlər üzrə final isə aprelin 29-da keçiriləcək.
Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.