FİFA Braziliya Futbol Konfederasiyasının prezidenti Marko Polo del Neronu futboldan qovub.

Unikal.org  xəbər verir  ki, 76 yaşlı şəxs rüşvət aldığı üçün ömürlük cəzalanıb. Bundan başqa, o, 1 milyon İsveçrə frankı cərimələnib.

Üç il əvvəl Braziliya qurumuna seçkidə Del Nero cinayət etməkdə günahlandırılıb və FİFA İcraiyyə Komitəsindən istefa verib.