Topaz Premyer Liqasında XXV tura yekun vurulacaq.
Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, turun oyunu Sumqayıtda keçiriləcək.
Avrokubok iddiaçılarından biri olan "kimyaçılar öz meydanında "Səbaili sınağa çəkəcək. Samir Abasovun yetirmələri ölkə kubokundakı uğursuzluğu çempionatın medalı ilə unutdurmağa borcludu.
Bu səbəbdən sumqayıtlılar autsayderlərdən birini yenməlidi. İlk baxışdan "Səbail üçün qarşılaşma vacib görünməyə bilər. Lakin 7 turdu qalib gəlməyən Samir Əliyevin komandası həm seriyasını qırmağa, həm də Premyer Liqada yerini təmin etməyə çalışmalıdı.
Topaz Premyer Liqası
XXV tur
29 aprel (bazar)
19:00. "Sumqayıt - "Səbail
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena
Mövsümün əvvəlki oyunları: 2:0, 0:0, 1:0
Sumqayıt. Şəhər stadionu