Son illər allergiyalı uşaqların sayı həddindən artıq çoxalıb. Bu isə onlarda bir çox narahatlıqlara və problemlərə səbəb olur. Xüsusilə də allergik uşaqların qidalanması zamanı valideynlər onları necə qidalandıracaqları ilə bağlı çətinlik çəkirlər. Bəs bu cür uşaqların menyusu necə təşkil olunmalıdır ki, hansısa allergik reaksiyaya səbəb olmasın?
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.
Unikal.org ailem.az-a istinadən həmin menyunu valideynlərin diqqətinə çatdırır.
Yeyilməsinə icazə verilməyən qidalar:
Şirin qidalar (şirniyyatlar, tortlar, kekslər, şokolad, mürəbbə, cem, şirin çay)
Ədviyyatlı, duzlu, istiotlu qidalar
"Abur-cubur" (çipsi, pepsi, suxarı, qazlı içəcəklər, jelibon, marmelad, çubuqlar və s)
Ketçup, tomat
Rəf ömrü uzun qidalar
Sitrus meyvələr, qırmızı meyvələr (portağal, naringi, kivi, ananas, çiyələk, moruq)
Qızartma yeməklər (yanmış yağ)
Yatmazdan öncə süd vermək (reflyuksa bağlı astma riski yaratdığı üçün)
Fast foodlar: (dönər, pizza, hamburqer, Mc Donalds, KFC, kartof free)
Kolbasa, sosiska
Yumurta
Süd (fərdi həssaslıq)
Bal
Mövsümi olmayan meyvə tərəvəzlər
Broyler toyuqlar
Enerji içkiləri
Ağ un məmulatları
Qidalanması məsləhət olanlar:
Şorba, bulyon (yağsız mal və ya toyuq ətində, qovrulmuş soğan və tomatsız)
Tərəvəz püreləri (mövsümi)
Mövsüminə uyğun allergik olmayan meyvələr, tərəvəzlər
Sıyıqlar (südsüz və ya südlü fərdi həssaslıq nəzərə alınmaqla)
Turş süd məhsulları: qatıq, süzmə, kəsmik. Körpələrdə inək südü allergiyasında süd verən ananın belə, bu qidaları qəbul etməməsi məsləhətdir)
Lobya, mərci (fərdi həssaslığı yoxdursa)
Sobada bişirilmiş ət, ət yeməkləri
Göyərtilər
Tərəvəz şorbaları (zeytun yağında)
Pürelər (meyvə, tərəvəz)
Şəkərsiz, evdə hazırlanmış peçenyelər, (çovdar unu məsləhətlidir) bişmələr
Bitki çayları
Təzə meyvə suları
Taxıllar: düyü, qarabaşaq, herkules, mannı, qarğıdalı, bulqur
Yeməklər: küftə, buxarda kotlet, dolma, bulqur (tomatsız, qovrulmuş soğansız), dovğa, aş, qarabaşaq, ispanaq, qara mayasız çörək, zamanla allergiyaya görə sınanılmış digər qidalar və s.
Günay Rəsulova diqqətə çatdırır ki, allergiya barmaq izi kimidir. Hər kəsə özəldir. Bu səbəbdən istifadə etmək istədiyiniz hər qida üçün uşağı allergiyaya görə düzənli nəzarətdə saxlayan həkiminizlə məsləhətləşməyi unutmayın. Öz həkiminizin məsləhəti hər kəsin məsləhətindən üstündür.