Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Aydın Məmmədov küçəsində baş verib. "Hyundai" və "Nissan" markalı minik maşınları toqquşub.

Zərbənin təsirindən "Nissan" "Opel" markalı digər avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində "Nissan"ın 1983-cü il təvəllüdlü sərnişini Nəsimi Müseyibov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov