Müğənni-aktyor Özcan Dəniz ata olub.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin 25 yaşlı xanımı Feyza Aktan ötən gün Acıbadəm xəstəxanasında körpəsini dünyaya gətirib. Cütlüyün oğlu olub.
Cütlük övladlarına Kuzey adını qoydular. Müğənni oğlunun əlinin fotosunu sosial şəbəkədə paylaşaraq "Möcüzəm gəldi. Tərifedilməz hislər içindəyəm sözlərini yazıb.
Qeyd edək ki, Feyza ilə Özcan bir ay əvvəl ailə qurub.