Bodrumda səhər yeməyi zamanı müğənni atası İbrahim Tatlısəsə pult atan Dilan Çıtak "silahla hücuma cəhd" maddəsi ilə mühakim olunacaq.

"Unikal" axsam-a istinadən xəbər verir ki, bu hadisədən sonra Tatlısəs əvvəlcə qızını şikayət etsə də, sonradan şikayətini geri götürüb. Buna baxmayaraq, hadisə mülki iddiaya çevrilib.

İstintaq sənədlərinə görə, Dilan Çıtak mübahisə zamanı atasını ağır şəkildə təhqir edib. Çıtak daha sonra stolun üstündəki televizorun pultunu götürərək Tatlısəsə atıb. Pult Tatlısəsə dəyməyib, lakin hadisəyə şahid olan evdə olan işçilər ifadələrində hadisəni təsdiqləyiblər.

Şahid ifadəsinə görə, Tatlısəs daha sonra işçilərinə qızını evdən çıxarmağı tapşırıb. Çıtakı çıxaran işçilər tərəflərin bir-birinin üstünə qışqırmağa davam etdiyini bildirib.

Qeyd edək ki, Tatlısəs şikayətini geri götürsə də, bu cür cinayətlər Türkiyə Cəza Məcəlləsinin 73-cü maddəsinə əsasən şikayətsiz də mühakimə oluna bilər. Bu səbəbdən qızı Dilan Çıtak “silahla xəsarət yetirməyə cəhd” maddəsi ilə mühakimə olunacaq.