Rusiya prezidenti Vladimir Putinin Soçidə ölkənin SQ-nin yeni texnikasına baxış zamanı maraqlı hadisə baş verib.
Hərbi texnikaya baxış zamanı, ekskursiyaya rəhbərlik edən general Aleksandr Şevçenko prezident üçün "UAZ Patriot" hərbi avtomibilinin qapısını açmağa tələsib. İlk cəhddən qapını aça bilməyən general güc tətbiq edib və qapının dəstəyin qırıb.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, generalın hərəkətini Vladimir Putin gülüşlə qarşılayıb. "Əhsən", - Rusiya prezidenti deyib və gülümsəyib.
Sonradan mütəxəssislər izah ediblər ki, "UAZ Patriot"un qapıları avtomatik bağlanır. Qapını açmaq üçün əvvəlcə avtomobili işə salmaq lazımdır. Nəqliyyat vasitəsinin mühərriyi söndürülmüş vəziyyətdə olanda yalnız sürücü tərəfdə olan qapı açılır.