ABŞ sakinlərinin təxminən yarısı seks-robotları təcrübədən keçirməyə hazırdır.
Unikal.org-un İKT.lent.az-a istinadən məlumatına görə, belə bir nəticə seks oyuncaqlar mağazasının keçirdiyi sorğu əsasında məlum olub.
Rəyi soruşulanların 16 faizi nəinki bunun dadına baxmaq, hətta daimi seksual əlaqələr üçün seks-botlar əldə etmək niyyətindədir. 13 faiz isə hesab edir ki, robotla tam münasibət qurmaq mümkündür.
Orta hesabla amerikalılar "ideal seks-robot üçün 1666 dollar ödəməyə hazırdırlar. Bununla belə, kişilər bunun üçün qadınlardan 560 dollar çox ödəməyə hazırdırlar.
Rəyi soruşulanlara görə, ideal seks-robot danışmağı bacarmalı, xatirələri yadda saxlamalı və hissiyyatı olmalıdır.
Ancaq hər üçüncü amerikalı seks robotu özünün real tərəfdaşına xəyanət kimi qiymətləndirib.