Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, hazırda
Tranzit çaylarda hazırki vəziyyət
Aprelin 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 300 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Aprelin 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvan və Salyanda 14, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 6 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 364 sm (2017-ci il aprelin 30-da 358 sm), Şirvanda 247 sm (2017-ci il aprelin 30-da 217 sm), Salyanda 188 sm (2017-ci il aprelin 30-da 145 sm), Bankədə 191 sm (2017-ci il aprelin 30-da 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 69 sm (2017-ci il aprelin 30-da 63 sm) təşkil edir.