"Vkontakte sosial şəbəkəsinin "iOS və "Android platformaları üçün mobil proqramlarında səsli zəng və videozəng funksiyaları istifadəyə verilib.

Unikal.org ICTnews-a istinadən xəbər verir ki, yeni funksiyalar hələlik bütün istifadəçilər üçün əlçatan deyil. Amma proqramçılar söz veriblər ki, yaxın həftələr ərzində hamı yeniliklərdən istifadə edə biləcək.

"Vkontaktenin nümayəndələri bildiriblər ki, onlar istifadəçilər arasında ünsiyyəti maksimum dərəcədə asanlaşdırmağa çalışırlar.