Milli Məclisin bu gün keçirilən iclasında Gənclər və idman komitəsinə yeni üzvlərin namizədliyinə baxılıb.

Unikal.org  xəbər verir ki, deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi səsə qoyularaq qəbul olunub.

 Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.