Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi Türkiyə Cümhuriyyətinin Giresun Bələdiyyəsinin təşkilatçılığı ilə kecirilən "Tiyatro festivalında iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb.
Unikal.org xəbər verir ki, yaradıcı kollektiv festivala türk yazıcısı Tuncer Cücenoğlunun "Matruşka adlı romantik komediyası ilə qatılacaq. Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Onun sözlərinə görə festival Giresun şəhərində 1-15 may tarixlərində olacaq. Məişət mövzusundan bəhs edən tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edirlər.
Xatırladaq ki, tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır.