Qoç - müsbət və mənfi tendensiyalar sizin əhvalınıza hakim olmaq uğrunda sanki savaşa çıxıblar. Bu səbəbdən tarazlığı saxlamaq çətindir. Qarşınıza qoyduğunuz məsələləri həll etmək asan olmayacaq, amma təslim olmağa niyyətiniz yoxdur. Çoxdankı düşməninizə qalib gələ bilərsiniz, amma onun yerinə iki, hətta üç yenisi çıxacaq.
Buğa - yaradıcı fəaliyyətə köklənin, uzun müddət qurduğunuzu isə qoruyub saxlamağa, dağıtmamağa çalışın. Yeni ideya və maraqlar köhnələrini sizə unutdurmasın. Eyni sözləri romantik münasibətlər barədə də söyləmək olar.
Əkizlər - asan və xoş ünsiyyətlər, görüşlər, işvə-naz və yüngül flirt günüdür. Vacib məsələlərin həllinə çalışmayın, onsuz da onlara lazımi ciddiliklə yanaşa bilməyəcəksiniz. Gizli saxlamaq istədiyiniz bir məlumatın yayılması mümkündür: narahatlığınıza rəğmən, bunun sizə ziyanı dəyməyəcək.
Xərçəng - bu gün şayiələr çox olacaq, heç birinə inanmayın. Qadınlarla münasibətlərdə təmkinli və ehtiyatlı olun: onlar öz maraqları xatirinə sizdən istifadə etməyə çalışacaqlar. 
Şir - aktivlik bir çox işinizi irəlilədəcək. Bir növ - Veni-Vidi-Vici. Amma məhz lazım olan yerə getmək lazımdır. Yəni ölçüb-biçmək pis olmaz. Uğurlu işgüzar səfərlər mümkündür.
Qız - biznesmenlər  öz işlərini genişləndirmək şansı qazanacaqlar. Vacib sənədlər, eyni zamanda şəxsi həyatınıza aid olanları imzalaya bilərsiniz. Ziyafətlər gözləntinizi doğrultmayacaq. Axşam dostlarınızla aranızda ciddi fikir ayrılıqları mümkündür.
Tərəzi - vaxtında kömək üçün müraciət etsəniz, çox şeyə nail ola bilərsiniz. Ancaq lazımi adamı tapmaq asan olmayacaq. İntuisiyanız, elə bil, ağzına su alıb. Kütlə qarşısında çıxışlar pis keçmir, amma çox yorur. Başağrısı, yaxud halsızlıq qazana bilərsiniz.
Əqrəb - maliyyəyə aid işlərdə ağıl nümayiş etdirirsiniz. Sövdələşmələr, iri alış-veriş üçün münasib gündür. İstedadlarınız üzə çıxır. Yeni pərəstişkarlarınız peyda olur.
Oxatan - iu gün çox çətin olacaq, yalnız axşama doğru müsbət tendensiyalar özünü göstərəcək. Bir qırağa çəkilin, gizlənin və gözləyin - bu, xoşagəlməz situasiyalardan qurtulmağın yeganə yoludur. Rəhbərlikdən, nüfuzlu adamlardan, dövlət idarələrinin işçilərindən uzaq durun.
Oğlaq - güclü və müdrik bir insanın dəstəyini qazana bilərsiniz. Ancaq bu o halda mümkündür ki, siz onun elə də xoşunuza gəlməyən məsləhətinə əməl etməyə özünüzdə güc tapasınız. Ailədəki fikir ayrılıqları sizi ciddi görünmür, amma onların kökü uzaq keçmişlə bağlıdır, düşünməyə dəyər.
Dolça - Xoş bir gün olacaq. Yaxşı əhval-ruhiyyəni günün sonunadək qoruya bələcəksiniz. Sizi sevindirmək üçün çox az şey gərəkdir. Sevdiyiniz adam sizdən diqqət və qayğını əsirgəmir. Dostlarla ünsiyyət üçün əla gündür. Onlar sizin hər bir ideyanızı dəstəkləyəcəklər. 
Balıqlar - işdə vəziyyət elə də parlaq deyil, çünki bu sizi tamamilə maraqlandırmır. Eyni zamanda vəzifənizi düzgün yerinə yetirməkdən də imtina etmirsiniz və rəhbərlik sizdən razıdır.

Milli.Az