Türkiyədə silahlı münaqişədə 8 əsgər şəhid olub.

Türkiyə mətbuatının xəbərinə görə, Türkiyənin Hakkari vilayətində terrorçularla silahlı münaqişə nəticəsində 6 əsgər dünyasını dəyişib, 8 əsgər yaralanıb. Həmin əraziyə müdaxilə etmək üçün gələn helikopterin qəzaya uğraması nəticəsində isə 2 pilot şəhid olub. 

Qeyd edək ki, həmin ərazidə antiterror əməliyyatları davam etdirilir.(Milli.Az )