Unikal.org xəbər verir ki, Şamaxı rayonunda kənd orta məktəbinin müəllimindən yeddi aylıq hamilə qalan 9-cu sinif şagirdi Ayan Əliyeva (ad şərtidir-red.) Ölkə.Az-ın suallarını cavablandırıb.
Qeyd edək ki, şagird müəllimi İbrahimov Elnur Həsənağa oğlundan yeddi aylıq hamilədir. Hazırda hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.
- Ayan, İbrahimov Elnuru nə vaxtdan tanıyırsan, hansı fəndən dərs keçirdi?
- Yeddinci sinifdən tanıyıram, bizə tarix dərsi keçirdi.
- Həmin dövrdən münasibətiniz var idi?
- Bir kənddə yaşamışıq, amma neçə ildir burada olmurdu. İki ildir ki, bu məktəbdə dərs keçirdi.
- Bəs yaxın münasibətiniz nə zamandan başladı?
- Elə o vaxtdan mənə diqqətlə baxdığını, nəzərinin üstümdə olduğunu hiss edirdim. Amma ciddiyə almırdım, deyirdim ki, yəqin müəllimdir də elə-belə baxır. Ona görə fikir vermirdim.
- Evdə valideynlərinə demişdin ki, mənə qəribə baxır, narahat oluram?
- Valideynlərimin qorxusundan evdə heç nə demədim.
- Bəs necə oldu ki, sənə olan münasibətini açıqladı?
- Sinifdə tək olanda gəlib istədiyini deyirdi. O nə deyirdisə, qarşı çıxırdım.
- İntim münasibətiniz sənin öz istəyinlə olmuşdu?
- Yox, məcburi oldu.
- Onun evindəmi, məktəbdəmi?
- Gecə idi, valideynlərim də evdə deyildi. Ayaqyoluna gedəndə qəfil arxadan ağzımdan tutdu. Qışqırmaq istədim, dedi ki, şəkilləri yadına sal.
- Nə şəkillər idi?
- Məktəbdə çəkmişdi. Məcburi, məni döyə-döyə çəkmişdi.
- Həmin fotolarda bədənin açıq şəkildə görünürdü?
- Bəli.
- Ondan sonra aranızda cinsi münasibət oldu?
- Ağrılarım var idi, xəstəxanaya getdim. Uşaq altı aylıq olana qədər heç nə hiss etmirdim.
- Axırıncı dəfə Elnurla nə vaxt danışmısan?
- Elə o vaxt.
- Sənin açıq-saçıq fotolarını məktəbdə çəkmişdi?
- Bəli. Sinifdə tək idim, içəri girdi, hədələdi, şillə ilə vurdu. Dedi ki, hər şey yaxşı olacaq, qiymətlərini düzəldəcəyəm. Şəkillər də onda çəkilmişdi.
- Neçə dəfə yaxınlığınız olub, yadındadır?
- Bircə dəfə olub. Elə onda da hamilə qalmışam.
- Valideynlərin sənin övladına sahib çıxırlarmı, özün nə düşünürsən?
- Uşağı neyləyirəm, cəhənnəm olsun uşaq. Mənə uşaq lazımdır? Elə özüm uşağam da.
- Valideynlərin nə deyir?
- Tutulmağını istəyirlər. Mənim də istədiyim odur ki, tutulsun.
- Səninlə evlənmək istəsə?
- Neyləyirəm onun mənimlə evlənməyini? Arvadını yanında saxlayıb, iki uşağı da var.
- Birdən ayrılsa necə?
- Razılaşmaram.
- Məktəbdən sonra telefonla danışırdınız?
- Xeyr, mənim telefonum olmayıb.
- Bu barədə polisə ifadə vermisən?
- Bəli.
- Üzləşdirilmisiniz?
- Xeyr.