"Exo qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski 62 yaşında vəfat edib.

Unikal.org-a xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.  
Allah rəhmət eləsin!

Rauf Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo qəzetinin baş redaktoru idi. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist fəxri adına layiq görülüb.