Bütün dünyada insan ölümünün başlıca səbəbi ürək-damar sistemi xəstəlikləridir.
Ürək və damarların sağlamlığı bir çox amillərdən asılıdır. Bu amillərdən ən vacib olanı qidamızdır.
Unikal.org ürək üçün ən ziyanlı qidaların siyahısını təqdim edir:
1. Çox qızardılmış qidalar. Yağda qızardılma zamanı çoxlu miqdarda ziyanlı maddələr ifraz olunur. Bu maddələr ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır və həmçinin kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərə malikdir.
2. Kolbasa-sosis. Araşdırmalar göstərir ki, bu məhsulların tərkibində çoxlu miqdarda duz və konservantların olması ürək və damarlar üçün çox ziyanlıdır. Duz orqanizmdə mayeni saxlayır və bununla da ürəyə düşən gərginliyi artırır. Konservantlar isə ürək əzələsinə toksiki təsir edir.
3. Duzlu qidalar, şorabalar.
4. Şirniyyatlar, şəkər, şirin qazlı içkilər. Şəkər damarların sağlamlığına xüsusilə ciddi ziyan vurur, damarlarda iltihab yaradır ki, nəticədə onlarda xolesterin yığılmağa başlayır. Xolesterin damarı daraldır, onu daha zəif və kövrək edir, damarın tıxanmasının və partlamasının riskini artırır. Sağlam damarın daxilində xolesterin yığılmır.
5. Marqarin və s. trans-yağlar.