Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyevin müşayiəti ilə Böyük Vətən Müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğlu ilə görüşüb.

Unikal.org xəbər verir ki, Komitə sədri Böyük Vətən Müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. A.Əliyev yaşayış şəraitinin ağırlığından danışıb. Rövşən Rzayev prezident İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması yönündə mühüm işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, A.Əliyevin müraciəti nəzərə alınaraq, yaxın günlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün təkliflər veriləcək

Əliyev Famil Abbas oğlu ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.