Azərbaycan prezidentiİlham ƏliyevBeynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib.
Unikal.org-un məlumatına görə, Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək tədbirdə 65 ölkədən 400-dən artıq nümayəndənin iştirakının böyük önəm daşıdığını vurğulayıb.
O bildirib ki, bu nümayəndələr Beynəlxalq Limanlar Assosiasiyasına üzv olan və dünyanın dəniz yük daşımalarının təxminən 70 faizini əhatə edən limanları təmsil edirlər.
Tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Santiaqo Qarsia Mila paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını məmnunluqla qeyd edib. Bakının artıq beynəlxalq ticarət qovşağına çevrildiyini deyən qonaq böyük İpək yolu, "Bir kəmər, bir yol layihələrində Azərbaycanın önəmli rol oynayacağına ümidvar olduğunu bildirib. Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və tədbirin gələn il Çində təşkil ediləcəyini deyib.
Prezidentİlham ƏliyevBeynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransının önəminə toxunaraq xeyli sayda ölkənin nümayəndələrinin burada iştirakından məmnunluğunu ifadə edib. Tədbirin keçirilməsi üçün Bakını seçdiklərinə görə minnətdarlığını bildirən dövlət başçısı ölkəmizdə digər sahələr kimi, nəqliyyat sektorunda da böyük uğurların əldə olunduğunu məmnunluq hissi ilə qeyd edərək Azərbaycanın artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini deyib. Ölkəmizin coğrafi mövqeyinin bu işdə rolunu qeyd edən prezidentİlham Əliyevbunun həm də Azərbaycanda müasir nəqliyyat infrastrukturuna qoyulan böyük həcmdə investisiyanın nəticəsi olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bu, özünü təkcə Ələtdəki Yeni Bakı Limanında deyil, müasir dəmir və avtomobil yolları, eləcə dəhavalimanlarının inşasında da göstərir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinə toxunan dövlət başçısı həmin layihələrin icrası nəticəsində bu istiqamətdə Azərbaycan ərazisindən mühüm beynəlxalq daşımaların həyata keçiriləcəyini qeyd edib.
Nəqliyyat infrastrukturunun bu gün Azərbaycanda çox yüksək səviyyədə olduğunu bildirən prezidentİlham ƏliyevYeni Bakı Limanının birinci fazasının tam şəkildə yaxın zamanlarda başa çatacağını deyib və bütün bunları Azərbaycanın nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfə kimi dəyərləndirib.
12:37
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevmayın 9-da Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib.
Unikal.org xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.