Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Cəfərov Cavanşir Xəlil oğlu, Nikuşina Aleksandra Konstantinovna, Novruz Ramiz Qəvvam oğlu və Şəfiyeva Gülçöhrə Məmməd qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.