Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin həbsi ilə bağlı xəbərlər yayılmaqdadır.
Məsələ ilə bağlı Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalan adlandırıb:
"Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da hərə öz sözünə cavabdehlik daşımalıdır.